Konfrans Liqası: “Sabah” “Partizan”ı 2 cavabsız qolla məğlub edib – YENİLƏNİB-6

“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Turanın səsi ” in məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşıb.

“Bank Respublika Arena”dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

21:35

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurub.

Turanın səsi ” in məlumatına görə, 74-cü dəqiqədə Bakı klubunun müdafiəçisi Boyan Letiç dubl müəllifi olub.

21:30

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Turanın səsi ” məlumatına görə, 70-ci dəqiqədə Azərbaycan təmsilçisinin sol cinah müdafiəçisi Boyan Letiç baxımlı qola imza atıb.

21:05

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Turanın səsi ” in məlumatına görə, “Bank Respublika Arena”da oynanılan matçın ilk yarısından sonra qapılara qol vurulmayıb.

20:49

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Turanın səsi ” in məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Turanın səsi ” in məlumatına görə, “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 17-də Belqradda olacaq.

19:00

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Sabah” və Serbiya “Partizan”ının start heyətləri açıqlanıb.

Turanın səsi ” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 19. Emmanuel Apeh, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 44. Sofian Çakla
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 18. Davit Volkov, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov, 77. Namik Ələskərov
Baş məşqçi: Murad Musayev

“Partizan”: 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 7. Severina Xander, 8. Frank Elimane Kanute, 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 15. Aldo Kalulu, 26. Aleksandr Filipoviç, 40. Kristiyan Beliç
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin,10. Bibras Natxo, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 14. Səməd Bazdar, 19. Aleksandr Şçekiç, 23. Nemanya Nikoliç, 43. Nemanya Trifunoviç, 44. Boqdan Mirçetiç, 45. Mateya Styepanoviç, 55. Danilo Pantiç
Baş məşqçi: İqor Dulyay

Qeyd edək ki, “Bank Respublika Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir