Avropa Liqası: “Qarabağ” Finlandiya klubuna qalib gəlib – YENİLƏNİB-7

“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.

Turanın səsi ” in məlumatına görə, “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə “Qarabağ”ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Juninyo qoyub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

21:46

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

Turanın səsi ” in məlumatına görə, 85-ci dəqiqədə Juninyo “köhlən atlar”ı yenidən hesabda önə keçirib.

21:38

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

Turanın səsi ” in məlumatına görə, qonaqlar 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə tarazlığı bərpa ediblər – 1:1.

21:16

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Turanın səsi ” in məlumatına görə, Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.

21:06

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Turanın səsi ” in məlumatına görə, birinci yarıdan sonra görüşdə hesab açılmayıb.

20:50

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə yekunlaşıb.

Turanın səsi ” in məlumatına görə, ilk yarıdan sonra qapılara qol vurulmayıb.

20:00

Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Turanın səsi ” in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Matçın baş hakimi israilli Roy Reinsreyberdir.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.

18:49

Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Finlandiya HİK-inin start heyətləri bəlli olub.

Turanın səsi ” in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Myanpa, 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Rogiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay
Baş məşqçi: Toni Korkeakunnas

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir