Ekvador prezidentliyinə namizəd seçkiqabağı görüşdən sonra öldürülüb
Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə hazırkı dövlət başçısı Gilermo Lasso X-də (tviter – red.) yazıb.
Prezident qeyd edib ki, cinayət cəzasız qalmayacaq.
“El Universo” qəzetinin məlumatına görə, Villavicencio başından üç güllə yarası alıb.
Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Sağ mərkəzçi Villavicencio sorğularda dördüncü və ya beşinci yerdə qərarlaşmışdı.
Lasso parlamenti buraxmaq üçün may ayında seçkilər təyin edib. 2025-ci ildə səlahiyyət müddəti başa çatmalı olan Lasso seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.