Ceyhun Bayramov Hakan Fidanı təbrik edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı “Dövlətdə üstün xidmət medalı” ilə təltif olunması münasibətilə təbrik edib.

Turanın səsi ” xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Dostum və qardaşım Hakan Fidanı “Dövlətdə üstün xidmət medalı” ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ali rəhbərlik tərəfindən qoyulmuş məqsədlərə çatmaq üçün qardaş Türkiyənin xarici işlər nazirinə daim müvəffəqiyyət arzulayıram!”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir