DEPUTAT : “Ermənistan təxribatları ilə sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır” 

0

“Müharibə bitsə də ermənilər hələ də təxribatlarını davam etdirməkdədir”.

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, ermənilər və havadarları bu təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar:

“Üçtərəfli bəyanatın imzalanmasından 3 ilə yaxın vaxt keçə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməyib. Hələ də erməni terrorçuları Qarabağda qalmaqdadır. Ermənistan tərəfi bilməlidir ki, bu təxribatları ilə əslində özünü daha ağır duruma salır. Yaxşı olar ki, Ermənistan Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatlarını unutmasın”.

Deputat vurğulayıb ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti gərginləşdirməklə yanaşı, sülh müqaviləsinin imzalanmasını da gecikdirməyə çalışır:

“3 ilə yaxındır ki, biz Rusiya sülhməramlılardan tələb edirik ki, qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarsın. Lakin bu günə qədər Rusiya sülhməramlıları üzərlərinə götürdüyü öhdəliyi icra etmir, terrorçuların rahat hərəkət etməsinə və silahlanmasına şərait yaradır. Ermənistan təxribatlarına davam edərsə Azərbaycan Qarbağda yenidən antiterror əməliyyatlarına başlaya bilər. Yaxşı olardı ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən nəticə çıxarıb, tezliklə bizim diqtəmizlə hazıranan sülh müqaviləsini imzlasın”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir