Malatyada zəlzələ oldu
Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 12,1 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.