Yaponiyada güclü qasırğa həyatı iflic etdi

Yaponiyada bu gün baş verən Kyuşu adasının şərqindəki Kanu qasırğası səbəbindən ən azı 360 aviareys təxirə salınıb.

Turanın səsi ” NHK telekanalına istinadla xəbər verir ki, qeyri-sabit hava şəraiti səbəbindən ölkənin cənub-qərbində yüksək sürətli “Şinkansen” dəmir yolu xətlərinin fəaliyyəti qeyri-müəyyən müddətə tamamilə dayandırılıb.

Eyni zamanda, Yaponiyanın dörd cənub-qərb prefekturasında 17 mindən çox ev elektrik kəsilməsi səbəbindən işıqsız qalıb.

Qeyd edək ki, Yaponiyanın cənubunda bir həftədən artıqdır ki, tüğyan edən “Kanu” Okinava və Kyuşu adalarında güclü yağışlara səbəb olub. 

Ötən həftə Yaponiyada baş verən qasırğa nəticəsində 2 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı da məlum olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir