Çempionlar Liqası: Bu gün daha 3 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Turanın səsi ” in məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Fransa “Marsel”i Yunanıstanda “Panatinaikos”un, İsrailin “Makkabi” (Hayfa) komandası Slovakiyada “Slovan”ın, İsveçrə “Servett”i isə Şotlandiyada “Reyncers”in qonağı olacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust

22:00. “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa)

22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)

22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)

Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir