DEPUTAT : “Heç kim Azərbaycana nəyi necə etmək lazım gəldiyini diktə edə bilməz”
Arzu Nağıyev : “Rəsmi Bakı dövlət mararaqlarımızın müdafiəsi üçün hər zaman lazımi qətiyyəti göstərəcək”
Məlum olduğu kimi, Avropa İttifaqı misisyası Ermənistandakı fəaliyyətini genişləndirəcəyini bəyan edib. Missiyanın bu bəyanatı ermənilər tərəfindən böyük sevinclə qarşılanıb. Bəzi erməni siyasiləri hesab edir ki, missiyanın Ermənistan ərazisindəki fəaliyyətini genişləndirməsi Azərbaycan üçün çəkindirici amil ola bilər.
“Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlama verən millət vəkili Arzu Nağıyev ermənilərin bu təsəllisinin əbəs olduğunu vurğulayıb:
“Avropa İttifaqı misisyasının Ermənistanda genişlənməsinin Azərbaycan üçün çəkindirici amil ola biləcəyi ilə bağlı erməni mediasında yer alan bütün informasiyalar absurddur. Avropa İttifaqı missiyasının Ermənistandakı mövcudluğu, yaxud bu missiyanın genişlənməsi ölkəmiz üçün hər hansı çəkindirici, məhdudlaşdırıcı addım ola bilməz. Azərbaycan bugünə qədər heç bir təhdid və təzyiqə boyun əymədən azad, müstəqil siyasət həyata keçirib, öz dövlət maraqlarını qətiyyətlə müdafiə edib. Eyni siyasət bundan sonra da davam edəcəkdir.
Bildiyiniz kimi, Ermənistan Avropa İttifaqı missiyasının bölgədə mövcudluğu fonunda da, ölkəmizə qarşı bir sıra təxribatlar həyata keçirib, terrora cəhd edib. Lakin Ermənistanın bütün bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb, təxribatçılara layiqli cavab verilib. Əgər Ermənistan hesab edirsə ki, Avropa İttifaqı missiyasının bölgədəki varlığı onların cəzasızlıq mühitində təxribatlar həyata keçirməsinə imkan verəcək, yanılır. Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq, heç bir təhdidedici bəyanata boyun əyməyəəck.
Heç kim Azərbaycana nəyi necə ermək alzım gəldiyini diktə edə bilməz. Rəsmi Bakı dövlət maraqlarımızın müdafiəsi üçün daim lazımi qətiyyət göstərəcək, edilməsi gərəkən hər şeyi edəcək. Bundan kimsənin şübhəsi olmasın”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI