Zelenski Rusiyanı hədələyib
“Rusiya Qara dənizdə taxıl dəhlizinin qarşısını almaqda davam edərsə, gəmisiz qala bilər”.
“Turanın səsi ” xəbər verir ki, bunu Argentinanın “Nacion” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib
Onun sözlərinə görə, “Taxıl sazişi” fəaliyyətini dayandırdıqdan sonra Ukrayna həll yolları axtarmağa məcburdur:
“Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək. Rusiya Federasiyası başa düşməlidir ki, eyni ruhda davam etsə, münaqişənin sonuna bir dənə də olsun gəmi qalmayacaq”.