Azərbaycanda COVİD: 15 nəfər yoluxub, 3 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (31.07.2023-06.08.2023) 15 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 832 036 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, 10 293 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Ölkədə son həftə ərzində 2 517, hazırkı dövrədək isə 7 663 893 test aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir