Gürcüstanda bu gün matəm günüdür

Bu gün Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar ölkədə matəm günüdür.

Turanın səsi ” xəbər verir ki, fəxri qarovul dəstəsi Hökumət Evinin və prezident sarayının binasındakı dövlət bayraqlarını endirib. Bütün dövlət idarələrində də bayraqlar yarıya qədər endirilir. Bu gün telekanallarda əyləncəli və musiqili verilişlərin yayımı qadağandır.

Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir