Vnukovo aeroportunda eniş-uçuşa məhdudiyyət qoyulub

Moskva vaxtı ilə saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən Vnukovo hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Turanın səsi ” xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidməti bildirib.

“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, – mətbuat xidməti bildirib.

Onlar əlavə ediblər ki, təhlükəsizlik məqsədilə səhər saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib.

Xatırladaq ki, Moskva vilayətinə dron hücumu olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir