DEPUTAT : “Azərbaycanın qələbəsi ilə region iki əsrdən sonra sabitlik şansı qazandı”

0

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də “Euronews” televiziya kanalına müsahibə verib. Cənab Prezident müsahibədə bildirdiyi kimi, sülh prosesinin imzalanması üçün qarşıda duran ən mühüm məsələlər sərhədlərin parametlərinin yekun təyini və delimitasiyası, Azərbaycanın eksklavı olan Naxçıvana quru yolu vasitəsilə gediş-gəlişin təmin edilməsi və Ermənistanın sözügedən məsələdə göstərməli olduğu konstruktiv yanaşmadır.

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, “Euronews” televiziyasının əməkdaşı Azərbaycan Prezidenti ilə müsahibəyə kifayət qədər hazırlıqlı gəlmişdi və sualların böyük əksəriyyəti qırmızı cizgilər üzərində qurulmuşdu:

“Etiraf etmək lazımdır ki, bəzi hallarda bu sualların məramı özü sual doğururdu. Məsələn, jurnalist möhtərəm Prezidentə “missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?” sualı yönəltməklə, əslində müsahibini uyğunsuz alternativlər arasında seçim etmək kimi fakt qarşısında qoymağa cəhd etdi. Lakin istisnasız olaraq demək olar ki, ölkə Prezidentinin cavabı ustad dərsi oldu.

Prezidentin cavabı bu mənada iki istiqamətdə şaxələndirmə ilə müşahidə edildi. Birincisi, yeni reallıq yaradan bir siyasi lider olaraq cənab İlham Əliyev “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı” deməklə, qlobal məkanda az nümayiş olunan səmimiyyət nümunəsi ilə təşəbbüsü ələ aldı, ardınca isə bu qələbənin özünün nəticələrinin əhəmiyyətini detallı formada izah etdi. Bu qələbə ilə Azərbaycan, nəhayət ki, uzun müddət davam edən, dondurulmağa, uzadılmağa çalışılan münaqişəyə son qoydu. Bölgədə Ermənistanın dövlət səviyyəsində təşkil və təhrik etdiyi, 30 il davam edən müharibə, sülh və insanlıq əleyhinə cinayətlərin qarşısında sədd çəkildi. Beləliklə, regionun ən nöyük problemi – separatizm çox ciddi zərbəyə məruz qaldı. Azərbaycan, konkret desək, cənab İlham Əliyev nümunəsi separatçılıqdan əziyyət çəkən digər beynəlxalq subyektlər üçün presedentə çevrildi. Ən əsası isə, Cənubi Qafqaz, nəhayət, iki əsrdən sonra sabit bir bölgəyə çevrilmək şansı əldə etdi”.

“Bu nəticələrə isə, təbii ki, asan yolla və sadə formada nail olunmadı. Dövlət başçımızın dediyi kimi, biz bir çox amillərə – siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Lakin nə sədlər, nə işğalçıya verilən hərbi-siyasi dəstək Azərbaycan xalqının iradəsinə, ölkə Prezidentinin qətiyyətinə mane ola bildi. Müsahibədə bu kimi məqamları xüsusi vurğulamaqla, cənab İlham Əliyev həm də yeni reallıqları qəbul etmək istəməyən, bölgədə gərginliyin aradan qalxmasını arzulamayanlara regionda söz sahibinin kim olduğunu göstərmiş oldu. Əlbəttə, dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada bu həqiqətləri – Azərbaycanın qələbəsinin bəşəri nəticələrə səbəb olması, BMT məqsədləri və beynəlxalq hüququn prinsiplərinin aliliyinə xidmət etməsinin faktlarla sübut edilməsi informasiya müharibəsində ciddi həmlə hesab olunmalıdır” – deyə Milli Məclisin deputatı bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir