Oğuzda zəlzələ oldu
“Turanın səsi ” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar iyulun 30-da yerli vaxtla saat 13:04-da Şəki stansiyasından 10 km şərqdə, Oğuz rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.