Səhiyyə Nazirliyi apteklərdə dərman qıtlığının yaranmasına münasibət bildirib

0

“Adrenalin – Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınan dərmanları istənilən şirkət maneəsiz olaraq ölkəyə gətirə bilər.

Bu barədə “Turanın səsi” -nə cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib. 

Qurumdan qeyd olunub ki, dərmanların mərkəzin laboratoriyalarında ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur:

Bildirilib ki, son zamanlar bir sıra dərmanların satışda tapılmamasının nazirliyə və mərkəzə aidiyyatı yoxdur. 

“O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir”, – qurumdan qeyd olunub. 

Xatırladaq ki, son zamanlar apteklərdə adrenalin tərkibli dərmanların qıtlığı müşahidə olunur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir