Adil Əliyevin Milli Məclisdə idmançılarla keçirdiyi görüşdə Milli Qəhraman və şəhid ailəsinin yaxın üzvləri iştirak etmişdir

Milli Məclisdə idmançılarla keçirilən görüşə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (“Fred Asif”) oğlu, Fransada keçirilən dünya çempionatının qalibi Azər Məhərrəmovla və şəhidimizin qardaşı Ədalət Məhərrəmovu da dəvət etmişdik. Azər Məhərrəmov Fransada keçirilən qol güləşi üzrə dünya çempionatınında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq birinci yeri tutmuşdur. Şəhid Asif Məhərrəmovun və qəhrəmanlarımızın keçdiyi döyüş yolu ilə, gələcək nəsillər üçün böyük örnəkdir. İdmançılarımızın qazandıqları nailiyyətlər hər birimizi sevindirir, xüsusilə də şəhid ailələrinin övladlarının uğurları bizi daha da fərəhləndirir. Azər Məhərrəmovu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinə görə Gənclər və idman komitəsinin “Fəxri Fərmanı” ilə təltif etdim. Tarixi qələbə qazanmış xalqa, yalnız qələbələr yaraşır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir