Zelenski ukraynalı deputatın Maldiv adalarında istirahətini pisləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın deputatının Maldiv adalarında istirahətini pisləyib.

Zelenski Ali Radanın Maldiv adalarında istirahət edən deputat Yuri Aristovun mandatdan məhrum edilməsi barədə qərarını ədalətli adlandırıb.

Bu barədə “ Turanın səsi ” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Bu gün Ali Radanın bir deputatı üçün nöqsan. Ədalətlidir. İnanıram ki, indi deyəcəklərim də ədalətlidir. İstənilən məmurun, hansısa deputatın xaricə harasa getmək niyyətini son anadək yoxlamağa dəyər. Əgər kimsə həqiqətən də istəyirsə, dövlət işinə ara verib dincəlsin, onda dövlət də belə şəxslərdən “dincələcək”, – dövlət başçısı müraciətində bildirib.

Qeyd edək ki, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini, deputat Yuri Aristov iyul ayında ailəsi ilə birlikdə Maldiv adalarında dəbdəbəli 5 ulduzlu oteldə istirahət etdiyi məlum olub. Orada dincəlmək xərcləri olduqca baha başa gəlir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir