Ərdoğanla azərbaycanlı polis arasında maraqlı dialoq

Ankara şəhər Polis Akademiyasında “Məzun günü” keçirilib. Məzunlar arasında azərbaycanlı polislər də olub. 

Turanın səsi ” xəbər verir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib. 

O, Akademiya üzrə göstəricilərinə görə birinci olan azərbaycanlı polis Sərxan Oruclunu təltif edib. Təltifetmə zamanı Ərdoğanla Oruclu arasında maraqlı dialoq yaşanıb: 

Ərdoğan: Nə vaxt ölkənə qayıdacaqsan? 

Oruclu: Ayın 29-da gedəcəyəm.

Ərdoğan: Qardaşım İlham Əliyevə salam söylə.

Oruclu: Oldu.

Ərdoğan: Söz verirsənmi, salam söyləyəcəksən?

Oruclu: Söz verirəm, sağ olun. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir