Zəngilanda hərbi sursatlar aşkar edilib

0

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər. Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zəngilan RPŞ-də araşdırma aparılır.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir