Ağsuda narkokuryerlik edən qohumlar tutulub

Ağsuda narkokuryerlik edən qohumlar tutulub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qohumlar, Beyləqan rayon sakinləri– əvvəllər məhkum olunmuş İlqar və İbrahim Quliyevlər saxlanılıblar. Şəxsi axtarış zamanı İbrahim Quliyevdən bükümlərdə psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuana götürülüb. Sonuncunun idarə etdiyi “KIA” markalı avtomobil baxış keçirilən zaman isə 1 kiloqram 50 qram metamfetamin, 1 kiloqram 100 qram qurudulmuş marixuana və 510 qram heroin aşkar edilib.
Saxlanılan şəxslər istintaqa verdikləri ilkin ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları iranlı narkotacirdən satış məqsədilə əldə etdiklərini və pul müqabilində Ağsudan paytaxta aparmaq istədiklərini bildiriblər.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir