Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib – YENİLƏNİB-2
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.
11.10
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.
11.05
İyulun 26-sı saat 11:03 radələrində Xəzər dənizində zəlzələ baş verib.
“Turanın səsi ” in xəbərinə görə, yeraltı təkanlar 4.7 maqnitudalı olub.
Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.