“Türk Hava Yolları”na məxsus təyyarə sərnişin intihar etdikdən sonra Əlcəzairdə məcburi eniş edib

“Türk Hava Yolları”na məxsus İstanbul-Mərakeş reysi ilə uçan təyyarə sərnişinin intihar etməsindən sonra Əlcəzairdə məcburi eniş edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə aviaşirkət tviter səhifəsində məlumat yayıb.

Uçuşdan az sonra sərnişinlərdən biri təyyarənin ayaqyoluna daxil olub. Onun orada uzun müddət ərzində qalması stüardessalarda şübhə yaradıb. Nəticədə qapı sındırılıb və adı açıqlanmayan sərnişinin meyiti aşkarlanıb.

Təyyarənin komandiri Əlcəzairə təcili eniş etmək qərarına gəlib. Yerli həkimlər sərnişinin ölümünü sənədləşdirib. Lazımi hüquqi prosedurları yerinə yetirdikdən sonra təyyarə təyinat yerinə uçuşunu davam etdirib. “Türk Hava Yolları” hadisə ilə bağlı araşdırma aparır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir