“Hürriyyət“in baş redaktoru saxlanıldı
Jurnalist Vüqar Məmmədov saxlanılıb.
“Turanın səsi ” xəbər verir ki, bunula bağlı məlumatı Vüqar Məmmədovun dayısı, Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu “Reaksiya TV”yə açıqlamasında deyib.
O bildirib ki, “Hürriyyət” Media Qrupunun baş redaktoru Vüqar Məmmədov günorta saatlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna dəvət edilib. Ordan məhkəməyə çıxarılacağı bildirilsə də, hələ də yaxınları və ailə üzvləri xəbər ala bilmirlər.