Türkiyəli nazir: “Milli sərnişin sürət qatarının hazırlanması üzərində işlər gedir”


Türkiyə milli elektrik qatarını istehsal edəcək.

Turanın səsi ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə milli elektrik qatarını istehsal edir: “Artıq milli sərnişin sürət qatarının hazırlanması üzərində işlər gedir”.

O, sürət qatarının prototipinin hazırlıq işlərin 2024-cü ildə başlamağı planlaşdırdıqlarını qeyd edib: “Hədəfimiz 2025-ci ildə sərnişin daşımalarının istismara verməkdir”

Xatırladaq ki, A.Uraloğlu bu il mayın 27-də Adapazarı ilə Gebze arasında sərnişin daşımağa başlayan milli elektrik qatarının istismara verilməsi mərasiminə qatılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir