Zelenski Ərdoğanla taxıl müqaviləsinin uzadılmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə taxıl müqaviləsinin uzadılmasının detallarını müzakirə edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminstrasiyası məlumat yayıb.

Zelenskinin xahişi ilə baş tutan telefon danışığında Ərdoğan Türkiyənin sülhün bərqərar olması üçün çox səy göstərdiyini bildirib.

20:54

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmaq niyyətindədir.

Bu barədə “Turanın səsi ”  “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

“Bu axşam Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparmağı planlaşdırırıq. Müzakirə ediləcək mövzular Qara dəniz regionu, ərzaq təhlükəsizliyi və digər mühüm mövzular olacaq”, – Zelenski videomüraciətində bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir