NATO Baş katibinin müavini: “Alyans Zelenskiyə Rusiya ilə münaqişəyə girmək istəmədiyini bildirib”


“Alyans Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə girmək istəmədiyini bildirib. NATO rəsmiləri iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə Zelenskiyə izah edib ki, Kiyevin alyansa qoşulmağa dəvəti Rusiya ilə münaqişəyə gətirib çıxaracaq və bu, təşkilatın planlarına daxil deyil”.

Turanın səsi ” xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

“Mən dedim ki, biz bu gün Ukraynanı dəvət edə bilmərik, çünki bu, NATO-nun Rusiya ilə münaqişəyə girəcəyi anlamına gələ bilər, bu bizim planlarımızda yoxdur”-deyə, o bildirib.

Eyni zamanda o, Vilnüs sammitinin Ukraynanı NATO-ya yaxınlaşdırdığını vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir