Şirvan şəhərində uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirildi

19 iyul 2023-cü il tarixində AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Şirvan Şəhər İcra Hakimiyyətininbirgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində Şirvan şəhərində uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilmişdir.

Turanın səsi ” xəbər verir ki , Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları İltizam Yusifov, Arzu Nağıyev, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Şəhər
polis şöbəsinin rəisi Fizuli Əhmədov, məçqçilər, valideyinlər və rayon ictimayyətinin nümayyəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev, İltizam Yusifov və Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev Ümummilli lider, Azərbaycanın xilaskarı , Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və dövlət quruculuğunda əvəzsiz rol oynadığını bildilər. Qeyd olundu ki, hazırda bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

⤵️

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir