BMT kaset bombalarının mülki şəxslər üçün təhlükəli olduğunu bəyan edib

“Kaset bombalarının mülki əhali üçün təhlükəli olması sübuta yetirilib”.

Turanın səsi ” xəbər verir ki, bunu BMT-nin Ukrayna üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Saviano Abreu bəyan edib.

“Onların mülki əhaliyə vurduğu zərər rəsmi olaraq təsdiqlənib”, – diplomat vurğulayıb.

Eyni zamanda Abreu xatırladıb ki, beynəlxalq hüquq ayrıseçkilik etmədən bütün silahlı zərbələri qadağan edir.

Kaset bombaları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir