ABŞ: “Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub”
ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.
“Turanın səsi ” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.
“Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək”, – o deyib.
Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının “standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır” və Kiyev hələ də “bir çox islahatlar aparmalıdır”.