Putin Ukraynada kasset bombalarından istifadə edə biləcəyinə işarə edib
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kasset bombalarından istifadə edə biləcəyinə işarə edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə dövlət başçısı müsahibədə bildirib.
“Əgər onlar bizə qarşı istifadə edilərsə, biz güzgüvari hərəkət hüququmuzu özümüzdə saxlayacağıq”, – o qeyd edib.
O vurğulayıb ki, Rusiyada kasset mərmilərin “kifayət qədər ehtiyatı” var.
“Birləşmiş Ştatlar özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır”, – Putin əlavə edib.