Ağ Ev 39 milyard dollarlıq tələbə kredit borcunu ləğv edib

Ağ Ev 804 min insanın ümumi məbləği 39 milyard dollar olan tələbə borclarını silmək qərarına gəlib.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ-ın Təhsil Nazirliyinin bəyanatında deyilir.

“Bu gün ABŞ Təhsil Nazirliyi 804 000-dən çox borcalana bildiriş göndərməyə başlayacaq ki, ümumi məbləği 39 milyard dollar olan federal tələbə kreditləri yaxın həftələrdə avtomatik silinəcək. Gözlənilən silinmələr ABŞ administrasiyası – Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən həyata keçirilən düzəlişlərin nəticəsidir”, – açıqlamada deyilir.

Nazirlik qeyd edib ki, bu tədbir ABŞ administrasiyasının 2022-ci ilin aprelində elan etdiyi planın bir hissəsidir. Borcalan 20 və ya 25 ilə bərabər olan 240 və ya 300 aylıq ödəniş edibsə, kreditin silinməsi hüququ qazanır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir