NATO ölkələri Rusiyanın hücumu halında müdafiə planları barədə razılığa gəliblər

NATO-ya üzv ölkələr Rusiyanın mümkün hücumu zamanı hərəkətlərin sıralamasını özündə əks etdirən müdafiə planları barədə razılığa gəliblər.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, Türkiyə Kiprlə bağlı ifadələrə görə əvvəlcə regional müdafiə planlarını təsdiqləməyə razı olmasa da, sonradan güzəştə gedib.

İyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Alyans üzv ölkələrə öz hərbi qüvvələrini və potensialını təkmilləşdirmək göstərişləri ilə müraciət edəcək, həmçinin bütün ölkələri ÜDM-in ən azı 2 %-ni müdafiəyə xərcləməyə çağıracaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir