Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin məzunu dünyanın ən yaxşı 10 universitetinin 7-sinə qəbul olunub.
Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin məzunu dünyanın ən yaxşı 10 universitetinin 7-sinə qəbul olunub.
Əli Ələkbərli yüksək göstəricilər göstərdiyi üçün təhsil ocaqlarının əksəriyyətindən təqaüd qazanıb. O, hüquq üzrə magistr (LLM) təhsili alacaq.
Həmin universitetlərin siyahısı:
-Stanford Universiteti;
-Oksford Universiteti (hissəvi təqaüdlə);
-Kembric Universiteti (tam təqaüdlə);
-Kolumbiya Universiteti (hissəvi təqaüdlə);
-Nyu York Universiteti (bütün təhsil və yaşam xərclərini qarşılayan 120.000 dollar dəyərində “Hauser Global Scholarship” ilə);
-Berkli Kaliforniya Universiteti (hissəvi təqaüdlə);
-London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE).
Soydaşımızın seçimi dünyada hüquq və texnologiyanın qarşılıqlı öyrənilməsi üzrə ən yaxşı universitet olan Stanford Universiteti olub.
Qeyd edək ki, Əli Ələkbərli 2018-ci ildə magistraturaya qəbul imtahanında və doktoranturaya qəbul imtahanında ölkə birincisi olub.