Üç qızıl medal qazanan idmançımız: “Avropa birinciliyinə rekord üçün getmişdim”

“Moldovaya rekord üçün getmişdim”.

Turanın səsi ” in məlumatına görə, bu sözləri Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç “qızıl” qazanan idmançı daha yaxşı nəticə göstərə biləcəyini söyləyib: “Yarış çox yaxşı, istədiyimiz kimi keçdi. Bundan da artığı ola bilərdi. Üç qızıl medal qazandım. Həm təkanla, həm birdən qaldırmaqda, həm də ümumi nəticədə birinci oldum”.

R.Alməmmədov qarşıdakı dünya çempionatında da uğur qazanmaq istədiyini əlavə edib: “Növbəti yarışlara hazırlaşırıq. 20 yaşlıların dünya çempionatı olacaq. Orada da özümü göstərmək istəyirəm”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir