Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vuracağı ilə bağlı xəbərdarlıq edib

0


“Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.

Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

“Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur”- deyə, o qeyd edib.

Bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir