Türkiyə “Taxıl sazişi”nin müddətinin daha iki il uzadılmasının tərəfdarıdır

“Biz 17 iyulda tarixi bitən “Taxıl sazişi”nin müddətinin daha üç ay uzadılacağına ümid edirik. Lakin iki il uzadılmasının tərəfdarıyıq”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ümid edirəm ki, iyulun 17-dən sonra “Taxıl sazişi”nin müddəti yenidən uzadılacaq. Ən azı üç ay uzadılacağını gözləyirik, lakin iki il uzadılmasının tərəfdarıyıq. Biz sazişin iki il müddətinə uzadılmasına çalışacağıq”,- deyə o bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir