Con Kirbi: “Ukrayna hələ də NATO-ya daxil olmaq üçün tələbləri yerinə yetirməyib”

“Ukrayna hələ də NATO-ya daxil olmaq üçün tələbləri yerinə yetirməyib”.

Turanın səsi ” xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Hər bir NATO üzvünün yerinə yetirməli olduğu müəyyən tələblər var. Bu tələblərə cavab vermək üçün proses mövcuddur. Ukrayna hələlik bu tələblərə cavab vermir. Bundan əlavə, Ukrayna münaqişənin ortasındadır. Hər kəs onlara uğur qazanmağa kömək etməyə diqqət etməlidir”,- deyə o bildirib.

Qeyd edək ki , Pentaqon yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya mübahisəli kaset sursatlarının göndəriləcəyini bəyan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir