Pentaqon Ukraynaya kasetli sursatlar göndərəcəyini bəyan edib
Pentaqon yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya mübahisəli kaset sursatlarının göndəriləcəyini bəyan edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.
“Yeni 800 milyon dollarlıq yardım paketinə kaset sursatları da daxil olmaqla 155 mm-lik artilleriya mərmiləri daxildir”,- deyə o bildirib.
Kaset sursatları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.
Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. Bununla belə, nə Rusiya, nə də Ukrayna sənədi imzalamayıb.