Davamlı sülhə doğru növbəti addım

0

Milli Məclisin deputatı Məzahir Əfəndiyev yazır.

18-ci məqsəd həyata keçirilir !

Bu gün münaqişədən təsirlənmiş dövlətlərin dünya nizamını bərpa etmək səyləri – dördüncü sənaye inqilabının çağırışlarını yeni qaydada əks etdirmək üçün görünən geosiyasi mübarizə – ölkələri xarici siyasətlərində daha həssas olmağa sövq edir.

2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində tarixi ədaləti bərpa edən Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını azad edib, hakimiyyət mərkəzlərinin ədalətsiz rəftarına son qoyub, dövlət maraqlarını təmin edib. Eyni zamanda, Azərbaycan qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələri məhv etməklə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Şübhəsiz ki, Azərbaycanın hərbi uğurlarına sevinən, beynəlxalq müstəvidə potensial nümayiş etdirən dost ölkələrlə yanaşı, son zamanlar bu uğurlara əngəl törətməyə çalışan dövlətlər də özünü açıq şəkildə büruzə verməyə başlayıb. Bu gün Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan və gələcəyə yönəlmiş inkişaf strategiyaları olan Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına maneçilik törədir və bu, Fransanın dövlət rəsmilərinin mövqeyində açıq şəkildə özünü göstərir.

Ümumiyyətlə, son 30 il ərzində Fransa ilə Azərbaycan arasında münasibətlər əsaslı və müstəsna olaraq inkişafa yönəlib. Bu münasibətlərdə Azərbaycan həmişə Avropanın mədəniyyət mərkəzi kimi Fransanı bir sıra məsələlərdə və qurulmuş mexanizmlərlə dəstəkləməyə çalışıb. Baxmayaraq ki, Azərbaycan öz sülhməramlı missiyasını yerinə yetirmək üçün müharibədən sonrakı dövrdə Fransaya Sülh Sazişinin imzalanmasında iştirak etməyə icazə versə də, Fransa prezidentinin bu fürsətdən istifadə etmək əvəzinə, Azərbaycanın ünvanına böhtan atmaqla məşğul olduğunun şahidi oluruq.

Azərbaycan bugünkü dünyanın reallıqlarını çox gözəl görür və təkcə Avropada, Asiyada, Şimali Amerikada, Cənubi Amerikada deyil, bütün dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün əlindəki imkanlardan maksimum istifadə edir.

Ölkənin zəngin enerji ehtiyatlarının ehtiyacı olan Avropa ölkələrinə daşınması, müsəlman ölkələri ilə sosial-mədəni əlaqələrin daha da dərinləşdirilməsi, əhalinin yoxsul təbəqələrinə, xüsusilə Afrika ölkələrinə humanitar yardımların göstərilməsi, qlobal ticarətin gücləndirilməsində şərqdən qərbə, şimaldan cənuba logistika potensialının genişləndirilməsi əlaqələrin hamısı Prezident İlham Əliyevin çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin tərkib hissəsidir.

Bununla əlaqədar olaraq, son illər kifayət qədər təşkilatlanmış və nüfuzlu Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: yaranan çağırışların öhdəsindən gəlməkdə vahid və qətiyyətli” mövzusunda Nazirlər Görüşünün Bakıda keçirilməsi , və bu platformanın daha da aktivləşdirilməsi Prezident İlham Əliyevin və rəsmi Bakının sülh yolunda atdığı növbəti mühüm addımlardır. Cənab Prezidentin həmin görüşdəki bəyanatında qeyd etdiyi məqamlar, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən həyata keçirilən 2030-cu il Gündəliyinin genişləndirilməsi ilə bağlı fikirləri hazırkı dünya siyasətinin islahatçı arxitekturasının möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında praktikada rastlaşdığı mühüm və aktual məsələyə bir daha toxundu. Məlum olduğu kimi, ərazilərimiz Ermənistanda istehsal olunan və qanunsuz erməni silahlı dəstələri tərəfindən daşınan minalarla çirklənir. Bu hallar digər münaqişə və post-konflikt zonalarında da yaşanır. Sirr deyil ki, müasir dünyada müharibələrdən əziyyət çəkən xalqlar, xalqlar da mina terrorunun qurbanına çevrilirlər.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi vurğuladı

 “Azərbaycan humanitar minatəmizləmə üçün xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyən edib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və 18-ci Dayanıqlı İnkişaf Məqsədinin hazırlanmasını təklif edib.

Azərbaycan Prezidentinin 18-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasına başlanılması ilə bağlı irəli sürdüyü təklif BMT Nizamnaməsinə və fəaliyyət prinsiplərinə uyğun olaraq bilavasitə günahsız və mülki insanların minalardan ölməsinin qarşısının alınmasına və onların yaşamaq hüququnun təmin edilməsinə yönəlib.

Beləliklə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısından dünyaya müraciəti Azərbaycanın indiyədək sülh yolunda atdığı addımların və səsləndirdiyi fikirlərin bir daha bariz göstəricisidir.

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı bir daha əsaslandırılmış yanaşma tətbiq etməklə mövcud qlobal problemlərin həllində öz rolunu və potensialını nümayiş etdirir. Bundan əvvəl Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk iclası, daha sonra Gənclər Şəbəkəsinin tədbirləri və bugünkü Nazirlər Toplantısı onu deməyə əsas verir ki, bu təşkilatın institusional mərkəzinin yaradılması yaxın gələcəkdə reallaşa bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir