KİV: Azərbaycan millisi ABŞ-da Meksika yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi ABŞ-da Meksika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə yerli jurnalist David Medrano iddia irəli sürüb.

Görüşün sentyabrda Minnesota şəhərində baş tutacağı bildirilib.

Mərkəzi Amerika təmsilçisi Azərbaycan seçməsi ilə yanaşı həmin ayda Oman kollektivi ilə də üz-üzə gələcək.

Qeyd edək ki, Meksika yığması ilk olaraq İngiltərədə Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə qarşılaşmağı nəzərdə tutub. Lakin bu plan gerçəkləşməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir