ABŞ Ukraynaya kasetli sursatlar göndərəcək

ABŞ bu həftə Ukraynaya mübahisəli kaset sursatlarının göndəriləcəyini elan edə bilər.

Turanın səsi ”  bu barədə “CBS News”a istinadən xəbər verir.

Amerika rəsmiləri bildiriblər ki, bu, rus qoşunlarına qarşı əks-hücum zamanı sursata olan tələbatı ödəyəcək.

Kaset sursatları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. Bununla belə, nə Rusiya, nə də Ukrayna sənədi imzalamayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir