Bakıda iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb

0

Nərimanov rayonunda “Məhsun” və “İsi” adlı iranlı
narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Onlardan 14 kiloqram heroin və marixuana aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinin saxlanııması istiqamətinə növbəti əməliyyatlar keçirilib. Nəticədə 6 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb. Onlardan ümumilikdə 14 kiloqram, o cümlədən 11 kiloqram heroin və 3 kiloqram marixuana aşkar edilib.
Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən olan paytaxt sakinləri Anar Quliyev və Elşən Sarızadə saxlanılıblar. Bu şəxslərdən qanunsuz yolla əldə etdikləri 3 kiloqram marixuana və 1 kiloqram heroin aşkar olunub.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan daha 4 nəfər – Sadiq Həsənov, Sənan Qubatov, Vüqar Əmirov və Eldar Həsənov da saxlanılıblar. Bu şəxslərdən isə 10 kiloqram heroin və marixana aşkar edilib.
Saxlanılan 6 nəfərin hər biri narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Məhsun” və “İsi” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir