Deputatlarımız Beynəlxalq Türk Dünyası Simpoziumunda

Milli Məclisin deputatları İsa Həbibbəyli, Nizami Cəfərov və Əziz Ələkbərov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak etmək üçün Türkiyənin Ərzincan şəhərində səfərdədirlər.

Beynəlxalq simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə gerçəkləşir.

Deputatlarımız simpoziumun tədbirlərinə qatılacaq və müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

Simpoziumun əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaqdır.

Səfər oktyabrın 13-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir