Kiyevdə daha iki partlayış törədilib – YENİLƏNİB-4

0

Ukraynanın paytaxtı Kiyevdə daha 2 partlayış olub.

Turanın səsi” UNİAN-a istinadən xəbər verir ki, dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Ukraynanın Xarkov vilayətinin bəzi rayonlarında su və işıq kəsilib. Bunu Xarkovun meri İqor Terexov teleqramda yazıb. Onun sözlərinə görə, 3 raket strateji əhəmiyyətli infrastukturlara dəyib.

11:07

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Turanın səsi” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

Artıq ölkənin hər yerində hava həyəcanı siqnalı verilib.  

10.25

Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub. 

Turanın səsi” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.  

10:17

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.

“Turanın səsi” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub. 

Eyni zamanda, Odessaya bir neçə raketin atıldığı bildirilib.

Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. 

09.56

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.

“Turanın səsi” xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub. 

V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

Partlayış nəticəsində ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Ukraynaya daha çox silah çatdırmağa ehtiyac var”.

UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir