Biləsuvarda Polis Günü qeyd edilib

0

Biləsuvarda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir təşkil olunub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Əvvəlcə əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov və Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov, rayondakı hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Daha sonra Biləsuvar rayonunun Bəydili kəndində yeni tikilmiş Rayon Polis Şöbəsinin 4 saylı inzibati sahəsinin polis sahə məntəqəsinin açılışı olub. Çıxış edən icra başçısı F.Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov və şöbə rəisi, polis polkovniki N.Məmmədov polis əməkdaşlarını təbrik ediblər, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Azərbaycan Polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyi bildirilib, ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısı xüsusilə vurğulanıb. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub. Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim olunub.

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir