Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” qeyd edilib

0

Bölgələrdə “2 İyul-Azərbaycan Polisi Günü” ilə bağlı tədbirlər keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Qəbələ, Ağdaş, Göyçay, Zaqatala rayonları və Mingəçevir şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə polis şöbələrinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və polis veteranları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra tədbirlərdə çıxış edənlər Azərbaycan Polisinin keçdiyi 105 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar, eləcə də veteranlara müxtəlif hədiyyələr təqdim edilib.

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️


” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir