Venesuelada daşqınlarda ölənlərin sayı 25-ə çatıb
Venesuelanın Araqua ştatında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, 52 nəfər isə itkin düşüb.
“Turanın səsi” yerli VTV telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Remixio Sebalyos bildirib.
“Hazırda 25 nəfərin meyiti aşkarlanıb, ölənlərin ailələrinə başsağlığı veririk. Bundan başqa, 52 nəfər itkin düşüb”, – naziri vurğulayıb.
00:40
Venesuelanın şimalında daşqınlar nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Prezident Nikolas Maduro üç günlük matəm elan edib.
“Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bu barədə icraçı vitse-prezident Delsi Rodriges bildirib.
“Bu günə qədər 22 meyit tapılıb, 52-dən nəfərdən çox insan itkin düşüb”, – D.Rodriges qeyd edib.
Onun sözlərinə görə, Las-Teherias şəhəri yaxınlığında bir neçə dağ çayı öz sahilindən çıxıb.
“Prezident Nikolas Maduro ərazini fəlakət zonası elan edəcək və o, həmçinin üç günlük matəm elan edib”, – D.Rodriges əlavə edib.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.