Zəngilan RİH-də Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib
Zəngilan Rayon İcra Hakimiyyətində (RİH) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.
“Turanın səsi ” xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, polis əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin və sabitliyin qorunmasında yüksək peşəkarlıq nümayiş etdirir.
Polis orqanlarının dövlətimizin milli maraqlarının qorunmasında əhəmiyyətli rolu vurğulanıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü elan edilib. Bildirilib ki, Ulu Öndər daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib.
Vurğulanıb ki, bu gün də daxili işlər orqanlarının bütün fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır, maddi-texniki təminatı yaxşılaşdırılır.
Qeyd edilib ki, Azərbaycan polisi ölkənin bütün ərazisində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarda mühüm məsuliyyətin öhdəsindən layiqincə gəlirlər.
Tədbirdə xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisi Fəxri fərmanla təltif olunub.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI