Bərdədə avtomobilin altında qalan 11 yaşlı uşağın ayağı amputasiya olunub

Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turanın səsi ” in məlumatına görə, avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Abbasov Şahin Samir oğlunun ayağının üzərindən keçib.

Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ ayağın bud nahiyəsinin natamam amputasiyası diaqnozu qoyulub. Azyaşlı əməliyyat olunub və ayağı amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir